logo

İlham Əliyev Əbülfəs Qarayevi mədəniyyət naziri vəzifəsindən azad etdi

14:09 21-05-2020 | icon 2639
İlham Əliyev Əbülfəs Qarayevi mədəniyyət naziri vəzifəsindən azad etdi

Prezident İlham Əliyev mayın 21-də Əəbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin".

Xatırladaq ki, Əbülfəs  Qarayev 13 noyabr 1956-ci ildə Bakıda anadan olub. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. İxtisasca ingilis dili müəllimidir. 

26 iyul 1994 — 18 aprel 2001-ci illərdə gənclər və idman naziri, 18 aprel 2001 — 30 yanvar 2006 -ci illərdə gənclər, idman və turizm naziri, 30 yanvar 2006 — 20 aprel 2018-ci illərdə mədəniyyət və turizm naziri, 23 aprel 2018-ci ildən bu günədək mədəniyyət naziri  vəzifələrində çalışıb.

Ailəlidir. Bir qızı var.  Qızı Suad Qarayeva "YARAT" Müasir İncəsənət Mərkəzinin direktorudur. İran vətəndaşı ilə ailəlidir.