logo

Sabah Bakıda 28°,bölgələrdə isə  36° isti olacaq

13:28 21-05-2020 | icon 1974
Sabah Bakıda 28°,bölgələrdə isə  36° isti olacaq

Azərbaycanda mayın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 24-28° isti, Bakıda gecə 16-18°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 22-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 22-də Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.