logo

Vilayət Eyvazov generalın oğluna yüksək vəzifə verdi

10:13 21-05-2020 | icon 2058
Vilayət Eyvazov generalın oğluna yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov general Yaşar Əliyevin oğluna yüksək vəzifə verib.

 YeniAvropa xəbər verir ki, nazirin əmri ilə polis kapitanı Tural Əliyev nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin inspektoru vəzifəsindən azad edilərək,  Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, ötən həftə polis general-mayoru Yaşar Əliyevə də yüksək vəzifə verilib. O, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə təyinat alıb. Həmin şöbənin müdiri isə general-polkovnik Məhərrəm Əliyevdir.

Xatırladaq ki, prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev 1993-2007-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi olduğu dövrdə  Yaşar Əliyev onun müavini vəzifəsində çalışıb.