logo

Türkiyədə koronavirusdan ölənlərin sayı minumuma enib

21:13 20-05-2020 | icon 2380
Türkiyədə koronavirusdan ölənlərin sayı minumuma enib

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma daha da sürətlənib. Ən son məlumata görə, gündəlik ölüm sayı təxminən beş dəfəyə enib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 20-də ölkə üzrə 20 min 838 nəfər testdən keçirilib. Onlardan 972 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1092 nəfər sağalıb, 23 nəfər dünyasını dəyişib.

Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 113 min 987, ölənlərin sayı isə 4 min 222 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 696 min 355 nəfər testdən keçirilib.

Qeyd edək ki, Türkiyə hökuməti koronovirusla mübarizənin növbəti mərhələsi üçün proqramın icrasına başlayıb.