logo

“AirBaltic” Riqadan Tallinn və Vilnüsə aviareysləri bərpa edib

18:11 20-05-2020 | icon 2499
“AirBaltic” Riqadan Tallinn və Vilnüsə aviareysləri bərpa edib

“AirBaltic” aviaşirkəti Latviya hökumətinin Baltikyanı ölkələr arasında beynəlxalq sərnişindaşımaya icazə verməsi qərarından və bütün lazımi icazələrin alınmasından sonra Riqadan Tallinn və Vilnüs istiqamətində gündəlik birbaşa uçuşları bərpa edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə aviaşirkətin rəhbəri Martin Qauss mətbuata açıqlamasında bildirib.

“Sərnişinlərimizin, əməkdaşlarımızın, cəmiyyətimizin sağlamlığı və təhlükəsizliyi hər şeydən üstündür. Bütün sərnişinlər tibbi maskalar və dezinfeksiyaedici salfetlərlə təmin ediləcək. Yeni uçuşlarımız məsul qurumların tövsiyələrinə əsasən həyata keçiriləcək. Bununla yanaşı, bir sıra digər təhlükəsizlik tədbirləri üçün təlimatlar hazırlamağa davam edirik”, - deyə M.Qauss əlavə edib.