logo

Azərbaycanda 15 mindən artıq xarici investisiyalı şirkət qeydiyyatdan keçib

17:30 20-05-2020 | icon 301
Azərbaycanda 15 mindən artıq xarici investisiyalı şirkət qeydiyyatdan keçib

Cari il mayın 1-nə ölkədə 15 min 257 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən YeniAvropa-ya bildirilib ki, qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 77,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 18,8 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 0,9 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalardadır.

Yanvar-aprel aylarında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Apreldə 21 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, ləğv edilən xarici investisiyalı kommersiya hüquqi şəxs olmayıb. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər Pakistan, İran, Türkiyə, Gürcüstan və Hindistan investisiyalı hüquqi şəxslərdir. Onlar əsasən xidmət, ticarət, sənaye və digər sahələrdə fəaliyyət göstərirlər.