logo

Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

14:10 20-05-2020 | icon 2464
Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 5 milyon nəfəri ötüb.

YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Son məlumata görə, indiyədək 5 000 599 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 1 970 918 nəfəri sağalıb, 325 156 nəfər isə dünyasını dəyişib. 

Ən çox yoluxma halları ABŞ (1 528 566), Rusiya (308 705) və Braziliyada (271 885) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 151 615 nəfər yoluxub, 4 199 nəfərisə  ölüb. İranda 124 603 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 7 119 nəfəri pandemiyanın qurbanı olub.

Qeyd edək ki, mayın 19-na olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 3 518-dir. İndiyədək 2198 nəfər virusdan sağalsa da, 41 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.