logo

Azərbaycanda 134 mindən çox əcnəbi yaşayır

12:54 20-05-2020 | icon 2002
Azərbaycanda 134 mindən çox əcnəbi yaşayır

Hazırda Azərbaycanda 134 min 298 nəfər əcnəbi yaşayır.

 YeniAvropa xəbər verir ki, bu barədə mayın 20-də DMX-nin rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda onlayn qaydada keçirilən konfransında məlumat verib.

Xidmət rəisi qeyd edib ki, həmin şəxslər daha çox Rusiya, Gürcüstan və İran vətəndaşlarıdır. Ölkədə olan digər miqrantlar isə başqa ölkələrin vətəndaşlarıdır. Pandemiya ölkəmizdə əcnəbilərin olmasına da mənfi təsir göstərib.

Bu il yanvarın 1-dən indiyədək Azərbaycanda 551 min 872 nəfər əcnəbi olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin sayında 44 faiz azalma deməkdir. Ötən ilin müvafiq dövründə bu rəqəm 977 min 246 idi.