logo

Misir Mərdanov Əli Həsənovu YAP-da "təsadüfi adam" adlandırdı

21:58 19-05-2020 | icon 2968
Misir Mərdanov Əli Həsənovu YAP-da "təsadüfi adam" adlandırdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri Misir Mərdanov "demokrat.az" xəbər portalına qısa müsahibə verib.

 YeniAvropa həmin müsahibəni təqdim edir: 

- Misir müəllim, Azərbaycanda aparılan islahatlar fonunda son aylarda vəzifə başında cinayət törətdiklərinə görə ifşa olunaraq həbs olunan məmurlar barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, cənab prezidentin bu istiqamətdə atdığı addımları təqdirəlayiqdir. Bu addımlar gələcəkdə də davam etdirilməlidir və kim tutduğu vəzifəyə layiq deyilsə, oradan uzaqlaşdırılmalı və yerinə daha bacarıqlı və təmiz insanlar gətirilməlidir. Ölkə başçısının həyata keçirdiyi son islahatlar cəmiyyət tərəfindən də çox müsbət qiymətləndirilir.

- Ölkə başçısı bir neçə ay əvvəl medianın işini tənqid edərək bildirmişdi ki, Azərbaycanda ideologiya sahəsində ciddi boşluqlar mövcuddur. Az sonra bu sahəyə cavabdeh olan Prezidentin keçmiş köməkçisi Əli Həsənov vəzifəsindən azad edildi, onun rəhbərlik etdiyi şöbə isə ləğv olundu. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvlərindən biri olaraq həmin ideoloji boşluqları nədə görürsünüz?

- Bilirsiniz, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı partiyaya sınaqdan keçməmiş yad adamı qəbul etmək və onu rəhbər vəzifələrə irəli çəkmək səhv addım idi. Şəxsən mən hesab edirəm ki, bu cür şəxslər hərtərəfli araşdırılmalı, tam sınanmlı və daha sonra irəli çəkilməlidir. Çox təəssüf ki, bəzən təsadüfi adamlar yüksək vəzifələrə və YAP rəhbərliyinə qədər gəlib çıxa bilib. Belə halların olması təəssüfedicidir. Ancaq belə hallar dünya təcrübəsində mövcuddur. Düşünürəm ki, bu cür hallar nə qədər az olsa, o zaman bizim millətin işi daha düzgün qurular. Şəxsən mənə Yeni Azərbaycan Partiyasının vəsiqəsini Ulu öndər Heydər Əliyev özü təqdim edib. Bu gün də bu partiyanın və YAP Siyasi Şurasının üzvüyəm. Dəvət edildiyim bütün tədbirlərdə iştirak edirəm...