logo

Berlindən  188 soydaşımız vətənə  təxliyə edilib

19:58 19-05-2020 | icon 252
Berlindən  188 soydaşımız vətənə  təxliyə edilib

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 19 may tarixində Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri "AZAL" tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.