logo

Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

19:19 19-05-2020 | icon 2898
Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

Polis AXCP sədri Əli Kərimlinin daha bir cangüdənini saxlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Turan" İA məlumat yayıb. Bildirilib ki, AXCP üzvü Səid Məmmədzadə bıçaqlamaq ittihamı ilə həbs edilib. Müxalifət partiyasından Səid Məmmədhadənin Əli Kərimlinin cangüdənlərindən biri olduğunu bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov agentliyə açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, Səid Məmmədzadə öz maşınyuma məntəqəsində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.

DİN rəsmisi onu da bildirib ki, S.Məmmədzadə əvvəllər insan oğurluğuna görə, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.

Hazırda ona qarşı 221.3-cü maddə ilə xuliqanlıq ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilib.

Xatırladır ki, bu gün Baş Prokurorluq Əli Kərimlinin başqa bir cangüdəni-Niyaməddin Əhmədova qarşı cinayət işinin başlandığını bəyan edib.Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.