Həbs olunan iki icra başçısının iş adamı Muqayis Verdiyevə borcu var
"Goranboyun və İmişlinin sabiq icra başçıları Nizaməddin Quliyevlə Vilyam Hacıyevin mənə borcları var. Nizaməddin 156 min, Vilyam 857 min manat mənə borcludur”.
YeniAvropa xəbər verir ki, bu barədə iş adamı Muqayis Verdiyev məlumat verib.
"Dünən saytınızda Maşallah Əhmədovun fikirlərini oxudum. O, düz deyir. Vilyam Hacıyevin mənə 2012-ci ildən 857 min manat borcu qalıb. Hamımıza yalvardı ki, gəlin borcumun olmamasına dair sənəd imzalayın. 24 rayonda bayraq meydanı tikmişəm. Heç bir icra başçısından narazılığım olmayıb. Amma Goranboy və İmişlidə gördüyümüz abadlıq işlərinə görə pulumuzu verməyiblər. Dedi ki, aprelin 10-da gəlib pulunu alarsan. Mən də digərləri kimi inandım. Mənə 400 min manat pul verdi. Ancaq ayın 10-dan sonra İmişliyə gedəndə bizi şəhərə buraxmadı. Hətta bir əməkdaşımıza – Cavanşir adında iş adamına beş sutka iş verdirdi”, -deyə iş adamı "oxu.az"a bildirib.
O, DTX-yə çağırılması barəsində isə bunları deyib: "Ayın 26-da bu məsələ ilə bağlı məni DTX-yə çağırıblar. Özüm müraciət etmişəm. Müraciətimdə mənə borclu olduqlarını bildirmişəm. Demişəm ki, əlimdə gördüyüm işlərə dair şəkillər var. Yəni onun gizlətməyə yeri yoxdur. Mənim əlimdə 857 min manat borcun olması ilə bağlı audit yoxlamasına dair sənəd də var. Pul dalınca qaçan adam deyiləm. Çəkdiyimiz əziyyətə heyfim gəlir. Vilyam Hacıyevin evindən bu qədər pul çıxdığını görəndə əsəbləşdim. Deməli, bu qədər pulu var, camaatın 300-400 minini və ya 1 milyonunu verməyə canı çıxır. Oğlu da 200-300 min manatlıq maşınlarda gəzir”.
"O vaxt Maşallah Əhmədov çılğınlıq edib Vilyam Hacıyevdən əl çəkmirdi, pulunu istəyirdi. Ola bilsin ki, onun tutdurulmasında da Vilyamın əli vardı”, – deyə iş adamı əlavə edib.
Qeyd edək ki, Muqayis Verdiyev 2013-cü ilin mart ayının 7-də Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət əmlakını mənimsəmə) ilə həbs olunub. O vaxt həmin həbsdə Nizaməddin Quliyevin əlinin olduğu iddia edilirdi.
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib