logo

Qadın sürücünün “Jeep”lə vurduğu piyada öldü

16:10 19-05-2020 | icon 3381
Qadın sürücünün “Jeep”lə vurduğu piyada öldü

Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən 65-70 yaşlı kişi Bakı şəhər sakini Aygün Qəniyevanın idarə etdiyi “Jeep” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.