logo

Məmmədyarov Lavrovla Azərbaycan-Rusiya əlaqələrini müzakirə edib

14:48 19-05-2020 | icon 266
Məmmədyarov Lavrovla Azərbaycan-Rusiya əlaqələrini müzakirə edib

Mayın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon söhbəti olub.

YeniAvropa xəbər verir ki, bu barədə  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlər Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər.

Tərəflər ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi-ticari əlaqələrin, yükdaşımaların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriblər. Elmar Məmmədyarov həmkarını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi son videokonfrans formatında görüş barədə məlumatlandırıb.