logo

Paytaxtda iki avtomobil toqquşdu: ölən var

12:34 19-05-2020 | icon 3374
Paytaxtda iki avtomobil toqquşdu: ölən var

Paytaxtın Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, Bakı şəhər sakini Taleh Hüseynovun rayon ərazisində idarə etdiyi “Mercedes” və paytaxt sakini N.Bağırovun idarə etdiyi “Ssang-Young” markalı avtomobillər toqquşub. Nəticədə T.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb. N.Bağırov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.