logo

Cari ildə Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib

10:32 19-05-2020 | icon 2478
Cari ildə Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib

Cari ilin yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki,  4 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 405,6 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 12,2 milyon dollar, İsrailə isə 310,7 milyon dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 553,9 milyon dollar, Türkiyə ilə 1 milyard 515,3 milyon dollar, Rusiya ilə 804 milyon dollar təşkil edib.