logo

Bayram günlərində maksimum dərəcədə evdə qalmaq tövsiyyə edilir

18:11 18-05-2020 | icon 2163
Bayram günlərində maksimum dərəcədə evdə qalmaq tövsiyyə edilir

Bayram günlərində vətəndaşlara maksimum dərəcədə evdə qalmaq tövsiyə olunur.

YeniAvropa xəbər verir ki, bu fikirləri mayın 18-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov səsləndirib.

İdman zallarının açılmaması məsələsinə toxunan İ.Məmmədov bildirib ki, yumşalma prosesi mərhələli şəkildə olmalıdır və hər yer eyni vaxtda açıla bilməz.

Xatırladaq ki, Ramazan bayramı və Respublika Günü ilə əlaqədar mayın 23-dən 30-na kimi Azərbaycanda 8 gün qeyri-iş günü olacaq.