logo

Bakıda avtomobildən 36 min dollar oğurlandı

17:47 18-05-2020 | icon 2023
Bakıda avtomobildən 36 min dollar oğurlandı

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, mayın 15-də Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən 36 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş A.Hacıyev rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.