Azərbaycanda 4 ayda 196 nəfər "SPİD"ə yoluxub, 14 nəfər isə ölüb
2020-ci ilin dörd ayı ərzində Azərbaycanda 196 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Ceyhun Nəcəfov məlumat verib.Onun sözlərinə görə, qeydiyyata alınmış 196 yerli sakinlərdən 131-i (66,8 faizi) kişi, 65-i (33,2 faizi) qadındır. Bu dövrdə QİÇS mərhələsinə 38 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV infeksiyasından 14 nəfər vəfat edib.
Cari ilin yanvar-aprel aylarında İİV-ə yoluxması təsdiqlənmiş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 30 nəfər (15,4 faizi) parenteral, 150 nəfər (76,5 faizi) heteroseksual, 12 nəfər (6,1 faizi) homoseksual kontakt nəticəsində, 4 nəfərin (2 faiz) yoluxma yolu müəyyənləşdirilməkdədir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkarlandığı 1987-ci ildən 2020-ci ilin dörd ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6987 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 4480-ı (69,8 faiz) kişi, 2107-si (30,2 faiz) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1672 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1056 nəfər olublar.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 40,5 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6 faizində heteroseksual, 3,2 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 6,1 faizində yoluxma yolu müəyyən edilməyib.
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir