logo

Lənkəranda narkotik bitkilər becərən şəxslər saxlanılıb

15:10 18-05-2020 | icon 273
Lənkəranda narkotik bitkilər becərən şəxslər saxlanılıb

Lənkəran şəhər-rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xanbulan kəndi ərazisində Bürcəli kənd sakini A.Babayevə məxsus torpaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 510 çətənə kolu aşkarlanaraq götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib. 

Davam etdirilən tədbirlərlə A.Babayevlə birgə narkotik vasitəni yetişdirən kənd sakini F.Mirzəyev də polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.