logo

Daxili İşlər Nazirliyi KİV və sosial şəbəkə istifadəçilərinə müraciət etdi

13:33 18-05-2020 | icon 1981
Daxili İşlər Nazirliyi KİV və sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri-rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirsinlər. Hesab edirəm ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in mətbuat xidməti arasındakı işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər. Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə fəal olan vətəndaşlarımız bu müraciətimi anlayışla qarşılayacaqlar”, -deyə  müraciətdə bildirilib.