logo

“AG Bank” və “NBC Bank”ın şəhadətnamələri ləğv edildi

11:37 18-05-2020 | icon 3038
“AG Bank” və “NBC Bank”ın şəhadətnamələri ləğv edildi

 “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilib. YeniAvropa xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumatda bildirir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 12 may tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 2007-ci il iyulun 30-da Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan “AG Bank” ASC və sentyabrın 10-da fonda üzv olan “NBC Bank” ASC mayın 15-də “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq ADIF-ə üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamələr ləğv edilib.