logo

Qubada külək beşmərtəbəli binanın damını uçurdu:5 avtomobillə ziyan dəydi

16:56 17-05-2020 | icon 1960
Qubada külək beşmərtəbəli binanın damını uçurdu:5 avtomobillə ziyan dəydi

Qubada güclü külək bir sıra fəsadlar törədib.

YeniAvropa xəbər verir ki, bu barədə Quba RİH-dən bildirilib. Qeyd edilib ki, rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını külək uçurub. Binanın həyətində olan 5 avtomobilə ciddi ziyan dəyib.

Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Güclü külək, həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.