logo

İyun ayında toy etməyə restoranlarda boş yer qalmayıb

14:55 17-05-2020 | icon 2177
İyun ayında toy etməyə restoranlarda boş yer qalmayıb

Sosial şəbəkələrdə toyların vaxtının uzadılması haqda məlumatlar yayılıb və sözügedən mövzu müzakirələrə səbəb olub. Bəs görəsən maydan sonrakı aylarda restoranlarda keçirləcək toy məclisləri üçün verilən behlər nəcə olacaq?

"Toy məclislərinə qoyulan qadağanın sentyabr ayınadək qüvvədə qalacağı ilə bağlı TƏBİB-in rəhbərliyi adınadan yayılan məlumat həqiqəti əks etdirmir”. Bu fikri qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirdi.

YeniAvropa xatırladır ki, may ayının 18-dən etibarən xüsusi karantin rejimi ilə bağlı növbəti yumşaldılmalar nəzərdə tutulur. Yeni qaydalarda toy məclislərinin təşkilinə qoyulan qadağa hələ ki qüvvədə saxlanılıb.

Müşahidələr göstərir ki, qadağaların may ayının 31-də başa çatacağını düşünənlər iyun ayı üçün şadlıq saraylarına məclis təyin ediblər.
 
Bunu şadlıq saraylarının inzibatçlıları da təsdiqləyir.
 
Ruslan Hüseynov - inzibatçı: "Demək olar ki bütün günlərimiz doludur. İyun ayındada bron olan günlərimiz var. Karatinlə bağlı müşdərilərimiz də narahatlıq hissi keçirirlər.
 
Dövlətimiz hər hansı qərar verərsə, yenidən uzadılarsa, yəqin ki toylarımızı növbəti aylara keçirərik. Ev sahiblərini dəvət edəcəyik bura. Əgər istəyən olarsa, behlərini qaytararıq. Yəqin ki məhərəmliyiə kimi uzanmış olsa, məhərəmlikdən sonrakı aylara inşallah".
 
Müşviq Həşimov - restoran inzibatçısı: "İyul ayı üçün bütün sifarişlər götürülüb. 3-5 boş yerimiz var. Bütün hamısından behlər alınıb. Əgər açılmasa müştəriləri çağıraraq danışarıq. Yəqin növbəti aya keçirəcəyik. Kimsə istəsə behlərini qaytaracıq".
 
Restoran inzibatçıları bildirirlər ki, toylara icazə verilərsə sosial izolyasiya qaydalarına əməl edərək masalar arasında məsafəni artırmaq mümkündür.
 
Qeyd edək ki, hazırda şadlıq saraylarının qiymətlərində heç bir dəyişklik yoxdur.