logo

İlham Əliyev Kasım-Jomart Tokayevin ad gününü təbrik edib

12:51 17-05-2020 | icon 308
İlham Əliyev Kasım-Jomart Tokayevin ad gününü təbrik edib

Prezident İlham Əliyev mayın 17-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Dövlət başçısı Qazaxıstan prezidentini ad günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası əleyhinə mübarizə ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Dövlət başçıları bu yaxınlarda Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə toplantısına toxunaraq bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd ediblər.

Prezident İlham Əliyev və prezident Kasım-Jomart Tokayev ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.