logo

Paşinyan:“İlham Əliyevlə aramızda səmimi və açıq atmosfer yaranıb...”

11:32 17-05-2020 | icon 2079
Paşinyan:“İlham Əliyevlə aramızda səmimi və açıq atmosfer yaranıb...”

"Qarabağ probleminə dair mənim Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərimdə “açıq və səmimi atmosfer” formalaşıb".

YeniAvropa "virtualaz.org"a istinadla xəbər verir  ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi növbəti online mətbuat konfransında səsləndirib. 

“Yadımda deyil, mənim Azərbaycan prezidenti ilə neçə dəfə görüşmək fürsətim olub...Deyə bilərəm ki, biz birbaşa və açıq danışırıq, bu müzakirələr zamanı bizim aramızda birbaşa səmimi atmosfer formalaşıb”,-deyə o, vurğulayıb.

Paşinyan daha sonra bu atmosferi “çox mühüm hesab etdiyini” bildirib.

“Biz mövqelərimizi dəqiq fiksə edirik və bunu konstatasiya edirik ki, işləməliyik, belə ki, bizim bu günkü yanaşmalarımız məlumdur, publik olaraq səsləndirilib. Və biz başa düşürük ki, Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul həll tapmaq üçün işləməliyik. Bu az deyil, müzakirələrdə belə atmosferin olması mühümdür, hərçənd praktiki nəticələr yoxdur”,-deyə Nikol Paşinyan vurğulayıb.