logo

“Elmira Axundovaya cinayət işi açılmalıdır"-partiya sədri

22:59 15-05-2020 | icon 2009
“Elmira Axundovaya cinayət işi açılmalıdır"-partiya sədri

“Deputatların böyük əksəriyyəti deputatlıq fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu?” 

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu səsləndirib. 

 “Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar. Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq", -deyə S.Cəlaloğlu vurğulayıb.

Xatırladaq ki, Elmira Axundova 2005, 2010,2015-ci illərdə Milli Məclisin deputatı olub. 

Son illər onun adı mətbuatda müxtəlif korrupsiya qalmaqallarında hallandırılıb. 

Prezident İlham Əliyevin 12 mart 2020-ci il  tarixli sərəncamı ilə Elmira Axundova Azərbaycanın Ukraynada səfiri təyin olunub.