logo

Yaşar Əliyevə Prezident Administrasiyasında vəzifə verildi

22:47 15-05-2020 | icon 2079
Yaşar Əliyevə Prezident Administrasiyasında vəzifə verildi

Polis general-mayoru Yaşar Əliyevə yüksək vəzifə verilib.

YeniAvropa xəbər verir ki,Y. Əliyevə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib. Bu təyinata qədər Y. Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevdir.

Xatırladaq ki, prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev 1993-2007-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi olduğu dövrdə  Yaşar Əliyev onun müavini vəzifəsində çalışıb.