logo

Prezident generalı DSX-nın rəis müavini vəzifəsindən azad etdi

18:48 15-05-2020 | icon 3346
Prezident generalı DSX-nın rəis müavini vəzifəsindən azad etdi

Prezident İlham Əliyev mayın 15-də Ə.Nağıyev iDövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "General-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilsin".

Xatırladaq ki, mayın 14-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.