logo

Ölkədə gündəlik 500 min tibbi maska istehsal edilir

17:32 15-05-2020 | icon 2065
Ölkədə gündəlik 500 min tibbi maska istehsal edilir

Sumqayıtda gündəlik maksimal gücü 200 min və 300 min olan tibbi maska istehsalı müəssisələrinin açılışı ilə ölkə üzrə maksimal istehsal gücümüz gündəlik 500 min tibbi maskaya çatdırılıb. Bu da yerli ehtiyacları tam ödəməyə imkan verir.

 YeniAvropa xəbər verir ki, bu fikri mayın 15-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov səsləndirib.

Onun sözlərinə görə, bundan əlavə, birdəfəlik kombinezonların da istehsalı təşkil olunub. Ölkədə gündəlik 6 min birdəfəlik kombinezon istehsalı mümkün olacaq. Bu da müxtəlif növ infeksiyalara qarşı müdafiə olunmağa imkan verir. Modul tipli xəstəxanalar şəbəkəsinin yaradılması və ona qədər “Yeni klinika”nın açılması, koronavirusla mübarizəyə uyğunlaşdırılması bu problemin öhdəsindən gəlmək üçün tibbi heyətimizin müvafiq tibbi-müalicəvi, təşkilati təcrübəsinin olduğunu deməyə əsas verir və maddi-texniki bazamız problemlə paralel olaraq yaşamaq və işləməyə imkan yaradır.