logo

 65 yaş üstü insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür

16:31 15-05-2020 | icon 2086
 65 yaş üstü insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür

Mayın 18-də saat 00:00-dan etibarən bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan onlara evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Mayın 15-də yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması barədə qərar verilib.

Xatırladaq ki, 65 yaşdan yuxarı insanların evdən çıxması martın 24-dən qadağan edilmişdi.