logo

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum tutulub

15:13 15-05-2020 | icon 273
Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum tutulub

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən Nardaran qəsəbə sakini 1977-ci il təvəllüdlü Samir Babayev Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 177-ci və 234-cü maddələri ilə məhkum olunan şübhəli şəxsin üzərinə baxış zamanı “Rovolver” (Naqan) markalı atəşə yararlı tapança, həmin silaha məxsus 6 patron aşkarlanaraq götürülüb. Saxlanılan şəxs silah-sursatın ona babasından qaldığını bildirməklə, polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib. Bir-birinə zidd ifadələr verən Samir Babayev sonda silahı satmaq üçün müştəri axtardığını bildirib.

Faktla bağlı cinayət işi başlanıb. Şübhəli şəxsin ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.