logo

İran polisi 3 tondan çox narkotik vasitə tutub

13:53 15-05-2020 | icon 2597
İran polisi 3 tondan çox narkotik vasitə tutub

İran polisi narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Sistan-Bəlucistan vilayətində xüsusi əməliyyat keçirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, əməliyyat nəticəsində 3 ton narkotik vasitə ələ keçirilib. Bununla yanaşı, qaçaqmalçılara məxsus silahlar və gizli anbarlar da məhv edilib. Əməliyyat nəticəsində 43 nəfər həbs edilib, istintaq aparılır.