logo

Bu gün Xırdalanda işıq olmayacaq

10:59 15-05-2020 | icon 2821
Bu gün Xırdalanda işıq olmayacaq

 

Xırdalanın bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Qeyd edilib ki, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən bəzi xətlərdə SİP kabellərin yeni AVVQ kabellər ilə əvəzlənməsi işləri aparılacağından mayın 15-də saat 13:30-dan 16:00-dək Kənd Xırdalan, C.Cabbarlı, Adıgözəlov, “28 May” və R.Axundov küçələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.