logo

Eldəniz Quliyev Milli Şuradan getdi

23:47 14-05-2020 | icon 2072
Eldəniz Quliyev Milli Şuradan getdi

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev üzvlükdən istefa verib.

 YeniAvropa xəbər verir ki, bu barədə özünün "Facebook" səhifəsində  məlumat paylaşıb. 

"Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dan istefa verirəm", deyə o , statusunda  qeyd edib..

Xatırladaq ki, ötən gün Milli Şuranın Koordinasiya Mərkəzinin videokonfrans formatında keçirilən iclasında işlədilən ifadələr və videonun həmin hissəsinin sosial şəbəkədə paylaşılması qalmaqala səbəb olub.Sabiq deputat Gültəkin Hacıbəyli, videoda xaricdə yaşayan jurnalist İsmayıl Cəlilovu hədəf alaraq, cinsi azlıq nümayəndələrini sərt şəkildə təhqir edib, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri Rafiq Manaflı isə qeyri-etik ifadələr işlədib.