logo

5 rayonun prokuroru vəzifədən azad olundu

19:55 14-05-2020 | icon 1974
5 rayonun prokuroru vəzifədən azad olundu
Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.
YeniAvropa xəbər verir ki, bu barədə  baş prokuror Kamran Əliyev əmr imzalayıb.
 
Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər vəzifədən azad edilərək təqaüdə göndəriliblər:
 
Xətai rayon prokuroru Yusif İldırımzadə,
 
Sabunçu rayon prokuroru Ceyhun Şirinov,
 
Nəsimi rayon prokuroru Salman Məmmədli,
 
Qəbələ rayon prokuroru Məqsəd Orucov,
 
Yevlax rayon prokuroru Elxan Pənahov.
 
Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.