logo

Baş redaktora cinayət işi açıldı

14:28 14-05-2020 | icon 301
Baş redaktora cinayət işi açıldı

Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

 YeniAvropa xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib.
Onun sözlərinə görə, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: “İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.