logo

Kəlbəcərin yeni icra başçısının 34 yaşı var

18:50 13-05-2020 | icon 2219
Kəlbəcərin yeni icra başçısının 34 yaşı var

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər rayonuna yeni icra başçısı təyin edib.

YeniAvropa yeni icra başçısı haqda bəzi məlumat əldə edib. Azər Qocayev Sumqayıt şəhərində anadan olub, 34 yaşı var. O, Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsini bitirib.

Müxtəlif illərdə “Azərenerji” ASC-də, “Azərişıq” ASC-də və “Azərbaycan Dəmir Yolları” QSC-də işləyib.

Ailəlidir, iki övladı var.