logo

Mayın 31-dək xaricdəki soydaşlarımız  çarter reysi ilə vətənə gətiriləcək

18:11 13-05-2020 | icon 2226
Mayın 31-dək xaricdəki soydaşlarımız  çarter reysi ilə vətənə gətiriləcək

Mayın 18-31-də xaricdə olan azərbaycanlılar xüsusi çarter reysləri ilə Azərbaycana gətiriləcək.

YeniAvropa xəbər verir ki, bu sözləri prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. “Evə gedirəm” portalına müraciət edən 540-dan çox Azərbaycan vətəndaşının Rusiyadan gətirilməsi təmin edilib. Digər ölkələrdən də çoxlu sayda Azərbaycan vətəndaşı ölkəmizə gətirilib. MDB və Avropa ölkələrindən Azərbaycana çarter reysləri həyata keçiriləcək.

H.Hacıyev bildirib ki, ümumilikdə indiyə qədər xaricdə olan 20 minə yaxın vətəndaş ölkəyə gətirilib.