logo

İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinə 40 ha torpaq sahəsi ayırdı

16:55 13-05-2020 | icon 2408
İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinə 40 ha torpaq sahəsi ayırdı

Prezident İlham Əliyev mayın 13-də “Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin genişləndirilməsi üçün Hacıqabul rayonu ərazisində 40 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin etmək tapşırılıb. Həmçinin nəzərdə tutulmuş torpaq sahəsi icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilir.