logo

“Emirates” 8 ölkəyə aviareysləri bərpa edir

14:49 13-05-2020 | icon 462
“Emirates” 8 ölkəyə aviareysləri bərpa edir

Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” aviaşirkəti mayın 21-dən 8 ölkəyə reysləri bərpa edəcəyini açıqlayıb. Qeyd olunub ki, Böyük Britaniya ilə Avstraliya arasında uçuşlara da yenidən başlanacaq.

YeniAvropa xəbər verir ki, aviaşirkətin açıqlamasında London, Frankfurt, Paris, Milan, Madrid, Çikaqo, Toronto, Sidney və Melburna aviareyslərin bərpa ediləcəyi bildirilir. Əlavə olunur ki, uçuşlar hökumətin icazəsi ilə bərpa olunur və sərnişinlər bilet almaq üçün müraciət edə bilərlər.

Aviaşirkət bəyan edib ki, bütün sərnişinlər Dubay Səhiyyə İdarəsinin nəzarəti ilə koronavirus testindən keçiriləcək və onlara 14 gün müddətində karantin rejimi tətbiq ediləcək.