logo

İlham Əliyev Kəlbəcər rayonuna yeni icra başçısı təyin etdi

13:12 13-05-2020 | icon 2247
İlham Əliyev Kəlbəcər rayonuna yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev mayın 13-də  Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azər Bəhlul oğlu Qocayev Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".

Xatırladaq ki, prezident İlham Əliyev martın 9-da Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb A.Məmmədovun fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilməsi olub.