logo

Elman Rüstəmov: "Manata təzyiq aradan qaldırılıb"

12:29 13-05-2020 | icon 287
Elman Rüstəmov: "Manata təzyiq aradan qaldırılıb"

Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib.

YeniAvropa xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının(AMB) İdarə heyətinin sədri Elman Rüstəmov "NBC Bank" və "AG Bank"ın lisenziyalarının ləğv olunması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan manatının məzənnəsi sabitdir və mart ayında qeydə alınan ucuz neft qiymətlərinin təzyiqi hazırda tam aradan qaldırılıb. Bundan başqa, monetar sabitliyin təmin olunması üçün vacib addımlar atılır.

E.Rüstəmov qeyd edib ki,  yanvar-aprel aylarında orta inflyasiya üç faiz təşkil edib və bu Mərkəzi Bankın müəyyən etdiyi hədəf çərçivəsindədir. İnflyasiyanın ilin sonunadək bu çərçivə daxilində qalacağı gözlənilir.

AMB sədri daha sonra bildirib ki, bəzi banklar ilə bərabər, kənar audit şirkətləri də bankların maliyyə vəziyyətlərini təhrif ediblər.

“Biz bununla kəskin mübarizə aparacağıq. Təşkilatın maliyyə vəziyyəti olduğundan yaxşı göstərilməməlidir. Biznes və əhali düzgün maliyyə göstəricilərinə baxıb bankı seçməlidir”,-  deyə Elman Rüstəmov vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı lisenziyası ləğv edilmiş bankların prudensial və statistik hesabatları davamlı olaraq təhrif etdiklərini bir neçə gün öncə açıqlayıb.