logo

Elman Rüstəmov: "İnflyasiya hökumətin hədəflədiyindən də aşağıdır"

10:59 13-05-2020 | icon 280
Elman Rüstəmov: "İnflyasiya hökumətin hədəflədiyindən də aşağıdır"

Cari ilin ilk 4 ayında Azərbaycanda orta illik inflyasiya 3 faiz təşkil edib. Bu, Mərkəzi Bankın və hökumətin hədəfindən aşağıdadır.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında deyib.

“İnflyasiyanı ilin sonunadək məqsədlər və hədəf çərçivəsində proqnozlaşdırırıq. Biz makroiqtisadi sabitlik, inflyasiya, məşğulluğa dəstəklə bağlı balanslı mövqe tutmağa çalışırıq”, - deyə E.Rüstəmov qeyd edib.