logo

Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu

09:24 13-05-2020 | icon 2709
Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu

Misirdə yeni növ koronavirusa yoluxma halları artır. Belə ki, son sutka ərzində COVID-19 virusuna rekord sayda - 544 yoluxma halı qeydə alınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 10 min 93 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın 12-də COVID-19 virusundan 11 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 544 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 154 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 2326 pasiyent tam müalicə olunub.

Mayın 12-də Misir səhiyyə nazirinin müavini Niven Əl-Nahasın da koronavirusa yoluxduğu bildirilib. Bundan əlavə, Qahirənin Televiziya Mərkəzində virusa yoluxan dövlət telekanalının xəbərlər departamentinin əməkdaşı Rəşa Hilmi koronavirusdan həyatını itirib.