logo

Fransa koronavirusdan ölənlərin sayına görə 4-cü yerdədir

23:17 12-05-2020 | icon 2667
Fransa koronavirusdan ölənlərin sayına görə 4-cü yerdədir

Fransada son 2 gündə koronavirusdan ölənlərin sayı artıb. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 26 min 991 nəfərə çatıb ki, onlardan 348-i son sutka ərzində baş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Fransa epidemiyadan ölənlərin sayına görə ABŞ, Böyük Britaniya və İtaliyadan sonra 4-cü yerdədir. Ölkədə 17 min 3 ölüm xəstəxanalarda, 9988 ölüm isə qocalar evlərində qeydə alınıb. Xəstəxanalarda ümumilikdə 21 min 595 xəstə var ki, onlardan 2542-si reanimasiya şöbələrində ağır vəziyyətdədir.

Epidemiya başlayandan xəstəxanalara 96 min 979 nəfər yerləşdirilib və onlardan 57 min 785-i sağalıb.

Qeyd edək ki, Fransa mayın 11-dən təcridolma rejimindən tədricən çıxmağa başlayıb. Ölkədə hələ də bir çox məhdudiyyətlər qüvvədə qalır.