logo

Moskvada koronavirusdan ölənlərin sayı 1300-ə yaxınlaşır

22:43 12-05-2020 | icon 294
Moskvada koronavirusdan ölənlərin sayı 1300-ə yaxınlaşır

Rusiyanın paytaxtı Moskvada son bir gündə koronavirusdan 50-dən çox pasiyent ölüb.

 YeniAvropa  "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 1 232 nəfərə çatıb. 

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 53 pasiyent öldü", - qərargahda bildiriblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.