Bərdənin icra başçısı əl-ayağa düşüb: maaş kartları qaytarır...
Dövlət Təhlükəsizliyi Xidmətinin rayon icra hakimiyyətlərində apardığı uğurlu əməliyyatlar və rüşvətxorluq faktlarını aşkara çıxarması bəzi rayon başçılarında ciddi narahatlıq yaradıb.Uzun müddətdir “ənənəvi qaydada” fəaliyyət göstərənlərdən biri də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.
YeniAvropa xəbər verir ki, bu barədə "axar.az" məlumat yayıb. Bildirilir ki, artıq V.İsayevin göstərişi ilə ictimai işə cəlb edilən şəxslərin kartlarının “qaytarılması” prosesinə başlanılıb. Qeyd edilir ki, ictimai işlərə cəlb edilən şəxslər Bərdə şəhər bələdiyyəsinə dəvət edilir və onlardan “izahat” da alınır. İzahatda isə sözügedən şəxslər “könüllü olaraq” bildirirlər ki, maaş kartları hər zaman “özlərində” olub, heç vaxt icra başçısının seyfində saxlanılmayıb.
Bu gülünc izahatın niyə alındığı və hansı qara gün üçün saxlanıldığı bəlli olmasa da, bu, Bərdə İH-nin ilk belə cəfəng “əməliyyatı” deyil. Bir müddət öncə İsmayıllı rayon icra başçısının karantin rejimini pozduğuna görə Prezident sərəncamı ilə töhmət almasının ardınca Bərdə icra başçısının onlayn konfransa tibbi maska ilə çıxması birmənalı qarşılanmamışdı. Onlayn konfrans zamanı tibbi maskadan istifadə tələb etməsi başçını gülüş hədəfinə çevirmişdi.
Müəllimlərin maaşı kəsildi
Bərdə rayonu ilə bağlı daha bir məlumat isə orta məktəb müəllimlərinin maaşının kəsilməsidir. Rayondakı mənbənin verdiyi məlumata görə, DTX-nın ciddi əməliyyatlarına baxmayaraq, Bərdə məktəblərində müəllimlərdən pul yığılması bu ay da davam edib. İddia olunur ki, müəllimlərə onsuz da işləmədikləri, onlayn dərs keçmək imkanlarının da məhdud olduğu bildirilərək, “aldıqlarına şükür etmələri” məsləhət görülüb.
Yevlaxda əzəmətli villa
Daha bir maraqlı məqam Bərdə icra başçısının Yevlaxdakı evi ilə bağlıdır. Qeyd olunur ki, icra başçısı Yevlaxda yerləşən mülkünün böyür-başındakı evləri alaraq, həyətinə qatıb və villasının əzəmətini artırıb.
Yevlaxdakı mənbəmizin sözlərinə görə isə V.İsayevin alıb villasına daxil etdiyi ev sürücüsünə məxsusdur. Belə ki, V.İsayev sürücüsünün evindən bir neçə dəfə baha qiymətə - 50 minə kənarda ev alıb və onu sürücüsünə bağışlayıb. Əvəzində isə villasının arxasında yerləşən sözügedən evi öz həyətinə birləşdirib.
Balıq vətəgələri
Yevlax-Bərdə yolunun üstündə hazırda yerləşən balıq vətəgələrinin də V.İsayevə aid olduğu iddialar sırasındadır.
Bildirilir ki, vaxtilə həmin ərazilərdə qaçqın və məcburi köçkünlər məskunlaşıb. Daha sonra dövlət proqramı əsasında onlara mənzillər inşa olunub və məcburi köçkünlər həmin mənzillərə yerləşdirilib. Boşalan əraziləri isə V.İsayev qohumlarının adına sənədləşdirərək, orda “balıq sənayesi” qurub.
Faktlarla bağlı sözügedən qurumlara sorğu göndərilib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq