logo

Putinin mətbuat katibi də koronavirusa yoluxdu

16:10 12-05-2020 | icon 2436
Putinin mətbuat katibi də koronavirusa yoluxdu

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov koronavirus infeksiyasına yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Peskovun özü jurnalistlərə bildirib. O deyib ki, koronavirus infeksiyasına yoluxub və hazırda müalicə alır. O, son bir aydan artıq dövrdə prezident Vladimir Putinlə qiyabi ünsiyyətdə olub.

Qeyd edək ki, bundan əvvəl Rusiyada baş nazir Mixail Mişustin, mədəniyyət naziri Olqa Lyubimova, Tikinti və Mənzil-Kommunal Təsərrüfatı naziri Vladimir Yakuşev və bir neçə deputat da koronavirusa yoluxublar.