logo

Paytaxtda bəzi yollar bu gün bağlı olacaq

10:49 12-05-2020 | icon 2072
Paytaxtda bəzi yollar bu gün bağlı olacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün səhər saatlarından Mikayıl Müşfiq küçəsində (Qurd qapısı-Bakı Dairəvi-1 avtomobil yolu), Bakı Dairəvi-1 avtomobil yolunda, Moskva və Tbilisi prospektlərində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən YeniAvropa-ya  bildirilib ki, işlər axşam saatlarınadək davam edəcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.